Hollandiyanın xarici işlər naziri ölkəsinin ruslara viza qadağasını dəstəkləyəcəyini bildirib

16:47, 30.08.2022

 
Hollandiyanın xarici işlər naziri Vopke Hukstra ölkəsinin ruslara viza qadağasını dəstəkləyəcəyini bildirib.

“Reuters” agentliyinin məlumatında, bu barədə Niderlandın xarici işlər nazirinin Hollandiya mətbuatına danışarkən açıqladığı deyilir.

“Biz Rusiya dövləti ilə onun vətəndaşları arasında fərq qoymaq istəyirik, lakin eyni zamanda görürük ki, bura gələnlərin əksəriyyəti varlı ruslardır, onların bir çox hallarda rejimlə əlaqələri var” -deyə Hukstra bildirib.

Bu gün Praqada Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək və görüşdə müzakirə olunacaq məsələlərdən biri Rusiya vətəndaşlarına viza verilməsinin dayandırılması olacaq.

Oxşar