Hollandiyada tramvayda kişi atəş açdı, xəsarət alanlar var
Hollandiyada tramvayda kişi atəş açdı, xəsarət alanlar var

Hollandiyanın Utrext şəhərində tramvayda kişi atəş açdı.

“BBC”-nin məlumatına görə, xəsarət alanlar var.

Hadisə yerinə polis və fövqəladə hallar xidməti, o cümlədən anti-terror bölməsi səfərbər olunub.

İnsident 24 oktyabr meydanı dayanacağında baş verdi. Yerli medianın məlumatına görə, hücumçu hadisə yerində qaçıb gizlənə bildi.