Hollandiyada polis atəş açan şübhəlinin fotosunu yaydı
Hollandiyada polis atəş açan şübhəlinin fotosunu yaydı

Utrext polisi atəş açan şübhəlini axtarır. Hüquqmühafizəçilər ictimai nəqliyyatda kamera tərəfindən çəkilən fotonu yayır.

Polis bəyanatında deyilir ki, axtarılan şəxs Türkiyədə anadan olmuş 37 yaşlı Gökman Tanisdir.

İstintaq istisna etmir ki, baş verənlər terrorizm ilə bağlıdır.

Utrextdə isident yerli vaxtla saat 10:45-də baş verdi. Silahlı şəxs 24 oktyabr meydanı dayanacağında tramvayda atəş açdı və hadisə yerindən qaçıb gizləndi. Son məlumata görə, bir nəfər həlak olub.