Hollandiyada ictimai yerlərdə paranca ilə gəzmək qadağan edildi
Hollandiyada ictimai yerlərdə paranca ilə gəzmək qadağan edildi

Hollandiya parlamenti ictimai yerlərdə paranca ilə gəzməyi qadağan etdi.

Qeyd olunan qanunlayihəyi Hollandiyanın alt-palatası hələ 2016-cı ildə qəbul etmişdi.

Qanunlayihəyə əsasən, ictimai nəqliyyat vasitələrində, xəstəxanalarda və dövlət strukturlarında üzü tamamilə qapayan çadra ilə gəzmək qadağan edilir.

Qanun qüvvəyə 2019-cu ildə qüvvəyə minəcək.

Hazırda hollandiya ərazisində, üzlərini tamamən qapadan paranca və yaxud burka ilə gəzən 400 müsəlman qadın yaşayır.

İctimaiyyətin bu qanuna verdiyi reaksiya hələlik məlum deyil, ancaq ona qarşı çıxanların da olduğu söylənir.