Hökumətin sərəncamıyla, faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsinin iştirakçıları 2000 lari, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvləri isə 1000 lari alacaqlar
Hökumətin sərəncamıyla, faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsinin iştirakçıları 2000 lari, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvləri isə 1000 lari alacaqlar

 
Gürcüstan hökumətinin sərəncamıyla, faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsinin iştirakçıları sosial yardım şəklində birdəfəlik 2000 lari pul alacaqlar, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvləri isə 1000 lari alacaqlar.

Tbilisi Munisipaliteti istisna olmaqla, Gürcüstanın bütün ərazisində sosial yardım şəklində birdəfəlik pul ödəməsinin həyata keçirilməsini Veteranların İşləri üzrə Dövlət Xidmətinin təqdim etdiyi siyahı əsasında Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nəzarətində olan Sosial Xidmət Agentliyi təmin edəcək.

Hökumətin sərəncamıyla, Tbilisidə qeydiyyatda olan İkinci Dünya Müharibəsi iştirakçılarına və İkinci Dünya müharibəsində həlak olanların ailə üzvlərinə pul yardımının göstərilməsi məqsədi ilə Tbilisi Munisipalitetinin Meriyasından müvafiq vəsaitin ayrılması xahiş edilib.

Baş nazir İrakli Kobaxidze sərəncamı artıq imzalayıb.