Hökumətin qərarı ilə, Ukraynada hərbi əməliyyatlar nəticəsində Gürcüstana daxil olmuş və burada daimi yaşayan Ukrayna vətəndaşları üçün tibbi xidmətlərdən istifadə müddəti 2026-cı ilin aprelin 1-dək uzadılıb
Gürcüstan hökumətinin qərarı ilə Ukrayna ərazisində hərbi əməliyyatlar nəticəsində Gürcüstana daxil olmuş və davamlı olaraq Gürcüstanda olan Ukrayna vətəndaşlarına 2026-cı il aprelin 1-dək tibbi xidmət göstəriləcək.
Hökumətin müvafiq fərmanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən imzalanır.
Şəxsin Gürcüstanın dövlət sərhədini keçməsi və üç gündən çox olmayan müddətdə geri qayıtması halları da Gürcüstanda fasiləsiz qalma sayılır.
Müvafiq tibbi xidmətlərin göstərilməsini Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərə əmək, səhiyyə və sosial müdafiə naziri təmin edir.
Ukrayna vətəndaşları üçün müvafiq ilin səhiyyə üzrə dövlət proqramları çərçivəsində aşağıdakı səhiyyə xidmətləri nəzərdə tutulub: immunizasiya, vərəm və HIV infeksiyasının müalicəsi, o cümlədən spesifik dərmanlarla təmin edilməsi; Ana və uşaq sağlamlığı, o cümlədən antenatal müşahidə və yeni doğulmuş körpələrin skrininqi; psixi sağlamlıq; diabetin idarə edilməsi, o cümlədən dərmanlarla təmin eidlməsi; dializ; nadir xəstəlikləri olan və daimi əvəzedici müalicə tələb edən xəstələrin müalicəsi; referal xidmətlər – təcili tibbi xidmətlər, o cümlədən doğuş və təcili immunizasiya.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.