Hökumət üç mindən çox məzuna dövlət qulluğunda ödənişli stajdan keçmək imkanı verəcək proqram hazırlayıb
Gürcüstan hökuməti məzunlar üçün ödənişli stajdan keçmə proqramı hazırlayıb.
Baş nazir İrakli Kobaxidze hökumət üzvləri ilə görüşdə layihənin detalları, müsabiqə şərtləri, müddət və seçim meyarlarını müzakirə edib.
Hökumət başçısı təmin edəcəkləri təqdirdə gənclərin ödənişli stajdan keçmə imkanının olacağı aydın müsabiqə meyarlarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Layihənin təfərrüatları haqda təqdimat yaxın gələcəkdə keçiriləcək, bundan sonra da müsabiqə elan olunacaq. Proqram üç mindən çox məzuna dövlət qulluğunda ödənişli stajdan keçmək imkanı verəcək.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.