Hökumət Mədəniyyət və İdman Nazirliyinin bölünməsi ilə bağlı qanunvericilik təşəbbüsünün sürətləndirilmiş qaydada nəzərdən keçirilməsi üçün Parlamentə müraciət edir
Gürcüstan hökuməti Mədəniyyət və İdman Nazirliyinin bölünməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edir.
Parlamentin sürətləndirilmiş qaydada baxdığı qanunvericilik təşəbbüsü hökumətin bu gün keçirilən iclasında təsdiqlənib.
Dəyişiklik nəticəsində Mədəniyyət və İdman nazirlikləri ayrı- ayrı fəaliyyət göstərəcək. Mədəniyyət Nazirliyinə – Tinatin Ruxadze, İdman Nazirliyinə isə Şalva Qoqoladze rəhbərlik edəcək.