Hökumət administrasiyasının binasında dövlət bayrağı endirildi
10:08, 08.08.2025
2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 17-ci ildönümü ilə əlaqədar, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan hökumətinin administrasiya binasında dövlət bayrağı endirildi.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı hökumət sərəncamına əsasən, Rusiyanın Gürcüstanda Abxaziya və Tsxinvali regionlarının qanunsuz işğalı məqsədilə həyata keçirdiyi genişmiqyaslı hərbi müdaxilə nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın bütün ərazisində inzibati binalarda dövlət bayraqları endirildi.