Hökumət administrasiyası - Baş nazir hökumətin kursu ilə bağlı müxtəlif mövqeləri olan biznes nümayəndələri ilə əlavə olaraq görüşməyə hazır olduğunu bildirib
Hökumət administrasiyası - Baş nazir hökumətin kursu ilə bağlı müxtəlif mövqeləri olan biznes nümayəndələri ilə əlavə olaraq görüşməyə hazır olduğunu bildirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə iri biznes nümayəndələri ilə görüşüb. Görüşdə ölkədəki cari hadisələri müzakirə ediblər.

Söhbətdə hökumətin cari proseslərlə bağlı baxışı və gələcək prioritetlərinə toxunulub. Baş nazir bir daha vurğuladı ki, Gürcüstan hökuməti ölkənin Avropa yoluna sadiqdir və Avropaya inteqrasiya baxımından indiyədək əldə olunan irəliləyişlər bunu göstərir.

Görüş sual-cavab rejimində keçirildi. Baş nazir biznes üçün aktual olan bütün sualı cavablandırıb.

Hökumət başçısı hakimiyyətin kursu ilə bağlı müxtəlif mövqeyləri olan biznes nümayəndələri ilə əlavə olaraq görüşməyə hazır olduğunu bildirib.

Hökumət administrasiyasında keçirilən görüşdə 100-dən çox biznes nümayəndəsi iştirak edirdi.