“Hizbullah”ın sözçüsü bildirir ki, raket hücumları yalnız başlanğıcdır və qrupun prioriteti İsraili hərbi yolla məğlub etməkdir

22:39, 11.10.2024

“Hizbullah”ın İsrailə raket hücumları yalnız başlanğıcdır, “Hizbullah”ın prioriteti İsrailin hərbi məğlubiyyətidir”, – bu barədə “Hizbullahın sözçüsü Məhəmməd Afif bildirib.

Məhəmməd Afifin dediyinə görə, “Hizbullah”ın strateji təchizatı qaydasındadır və onun döyüşçüləri ən yüksək hazırlıq səviyyəsindədir.

“Tel-Əviv yalnız başlanğıcdır, İsrail yalnız bir azını gördü. İndi bizim mütləq prioritetimiz düşməni məğlub etmək və onu öz təcavüzünü dayandırmağa məcbur etməkdir. Əgər bu, bizim mübarizə barədə, onun şəraitlərinə və nəticələrinə dair hərtərəfli baxışımıza uyğundursa, təcavüzü dayandırmaq məqsədi ilə istənilən daxili və ya xarici siyasi səy, təqdir edilir”, – deyə Məhəmməd Afif bildirib.

Oxşar