“Hizbullah” Livan hökumətini İsraillə birbaşa danışıqlardan çəkinməyə çağırıb
İranın dəstəklədiyi Livan “Hizbullah” qruplaşması Livan hökumətini İsraillə birbaşa danışıqlardan çəkinməyə çağırıb.
“Biz hakimiyyəti yalnız gücdən anlayan düşmən qarşısında güzəşt yolunun təhlükəsini qiymətləndirməyə və öz yerinə — xalqın və müqavimətin yanında olmağa çağırırıq”, -bəyanatda qeyd edilib.
Məlumat üçün bildirək ki, daha əvvəl İsrail və Livanın gələn həftə Vaşinqtonda danışıqlar aparacağı barədə məlumat yayılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın danışıqların yenidən keçirilməsini istədiyini bildirib. Netanyahu bildirib ki, hökumətə Livanla “birbaşa” danışıqlara mümkün qədər tez başlamağı tapşırıb.
Livanlı rəsmi şəxs “CNN”ə bildirib ki, hücumlarla paralel olaraq heç bir danışıqlar aparılmayacaq və onlar heç bir rəsmi bildiriş almayıblar.