“Hizbullah” Qolan təpələri, Kiryat Şmona və Qalileya istiqamətində raketlər atıb, nəticədə iki İsrail vətəndaşı həlak olub

21:57, 09.10.2024

“Bu gün Kiryat Şmonada qorxduğumuz şey baş verdi. İti ilə gəzinən cütlük raket hücumunda həyatını itirib”, – deyə polis rəisi Eli Silok bildirib.

Bununla yanaşı, medianın məlumatına əsasən, raketlərdən biri təcili yardım avtomobilinin yanına düşüb. Yanğın həmçinin, şəhər ətrafında yerləşən bir neçə bina və açıq ərazidə baş verib. “Hizbullah” axşam saatlarında Qaliley və Qolan təpələri istiqamətində 90 raket atıb.

Oxşar