Hindistanda polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan, təzyiqli sudan və dəyənəklərdən istifadə edib
Hindistanın şərq hissəsində, Carxand ştatında polis minlərlə gənc nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan, təzyiqli sudan və dəyənəklərdən istifadə edib. Aksiya iştirakçıları polisin qurduğu maneələri aşmağa çalışıblar, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma başlayıb. Polisin bəyanatına görə, güc tətbiq edilməsi bir neçə nümayişçinin aqressiv davranmasından sonra zərurətə çevrilib.
Aksiya iştirakçıları polisin qurduğu maneələri aşmağa çalışıblar, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma başlayıb. Polisin bəyanatına görə, güc tətbiq edilməsi bir neçə nümayişçinin aqressiv davranmasından sonra zərurətə çevrilib.
Məlumat üçün bildirək ki, son həftələr ərzində Hindistanın paytaxtında və digər şəhərlərdə gənclər hərəkatı olan “Tarakan Partiyası”nın təşkilatçılığı ilə nümayişlər keçirilib. Etirazın səbəbi təhsil sistemindən narazılıq və gənclər üçün iş yerlərinin olmaması olub, lakin birbaşa səbəb tibb universitetlərinə qəbul imtahanının qalmaqalı idi. Bu imtahanda iki milyondan çox abituriyent təxminən 130.000 yer uğrunda mübarizə aparıb.
Medianın məlumatına görə, abituriyentlərin bir hissəsi üçün imtahan sualları əlçatan olub və həmin suallar pul qarşılığında satılıb. Sonda hakimiyyət nəticələri ləğv edib və imtahanın yenidən keçirilməsinə qərar verib. Həmçinin, medianın məlumatına görə, 20-dən çox tələbənin ehtimal olunan intiharı bu qalmaqalla bağlıdır. Etiraz çıxışları fonunda ötən ay Hindistanın təhsil naziri Dharmendra Pradhan vəzifəsindən istefa verib.