Hindistanda koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib

13:23, 29.07.2020

Hindistanda koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib.

Bu haqda məlumatı CNN, Hindistanın Səhiyyə Nazirliyinə istinadən yayır.

Virusun yayılmasından yeddi ay ərzində, ölkədə koronavirusun 1 531 669 halı qeydə alınıb. Həlak olanların sayı 34 193 nəfərdir.

Hindistanda koronavirusdan 988 029 pasiyent sağalıb.

Koronavirusa yoluxanların sayı ilə, Hindistan dünyada üçüncü yerdədir.

Oxşar