Hindistanda güclü yağış və tufan nəticəsində azı dörd nəfər həlak olub

16:40, 02.05.2025

Hindistanda güclü yağış və tufan nəticəsində azı dörd nəfər həlak olub. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Hindistan Meteorologiya Departamentinin məlumatına görə, Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağış ötən gün başlayıb. Hazırda ən azı bir nəfər yaralanıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxtda uçuşlar da dayandırılıb. “Reuters” agentliyinin yazdığı kimi, hava limanının ərazisi su altında qalıb. Metro və qatarların hərəkəti də məhdudlaşdırılıb.

Məlumat üçün bildirək ki, aprel ayında Hindistanda güclü yağış nəticəsində 100-dən çox insan həlak olub.

Oxşar