Hindistan və Nepalda güclü yağış nəticəsində azı 100 nəfər həlak olub

12:06, 11.04.2025

Hindistan və Nepalda güclü yağış nəticəsində azı 100 nəfər həlak olub, – bu barədə “Reuters” yazır.

Medianın məlumatına görə, çərşənbə günü Hindistan və Nepalda güclü yağış başlayıb.

Fövqəladə Hallarla Mübarizə üzrə Dövlət Departamentinin bildirdiyinə görə, şərqdə yerləşən Bihar ştatında azı 64 nəfər həlak olub.

Yerli medianın məlumatına görə, Hindistanın ən sıx məskunlaşdığı Uttar Pradeş ştatında 20-dən çox insan həlak olub. Bununla yanaşı, Nepalda güclü yağış nəticəsində azı 8 nəfər həlak olub.

Hindistan Meteorologiya Departamenti xidmətinin proqnozuna görə, Hindistanın mərkəzi və şərqində güclü yağış, ildırım və güclü külək bazar gününə gədər davam edəcək.

Oxşar