Hindistan Ukraynaya döyüş sursatları tədarükü ilə bağlı məlumatı təkzib edib
Hindistan Ukraynaya döyüş sursat tədarükü ilə bağlı məlumatı təkzib edib. Bu barədə məlumatı “BBC” yayır.
Hindistanın Xarici İşlər Nazirliyi bu məlumatı “spekulyasiya” və “çalışdırmaq cəhdi” olaraq qiymətləndirib. Agentliyin bəyanatında vurğulanıb ki, Hindistan silahın yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərə qüsursuz müdafiə edir və öz ciddi ixrac qaydalarını təsis edib.
“Reuters”ın daha əvvəl verdiyi məlumataına əsasən, avropalı alıcılar Hindistanın silah istehsalçıları tərəfindən satılan artilleriya mərmilərini Ukraynaya göndərirdilər, Yeni Dehli isə Moskvanın etirazına baxmayaraq, buna göz yumurdu.
“Reuters” Hindistan və Avropanın 11 yüksək rütbəli məmuru, müdafiə sənayesinin nümayəndələri ilə söhbət və gömrük məlumatlarının öz təhlili əsasında belə bir nəticəyə gəlib.