Hindistan ordusu Pakistanın zərbələrini "aydın eskalasiya" adlandırıb
Hindistan ordusu Pakistanın zərbələrini “aydın eskalasiya” adlandırıb.
Hindistan Ordusunda bildirdiklərinə görə, Pakistanın “açıq eskalasiyası” Hindistanın qərb sərhədləri boyunca dronlar və digər döyüş vasitələrindən istifadə etməklə davam edir.
Mathonun məlumatına görə, Pəncab əyalətində çox sayda dron aşkarlanıb.
“Düşmənin dronları hava hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar edilərək məhv edilib. Pakistanın Hindistanın suverenliyini pozmağa və mülki şəxslərə təhlükə yaratmağa yönəlmiş kobud cəhdi qəbuledilməzdir. Hindistan düşmənin planlarını pozacaq”, – ordunun sosial şəbəkədə yaydığı bəyanatda deyilib.
Məlumat üçün bildirək ki, Pakistan hərbçiləri İslamabadın Dehlidəki üç hava bazasını bombalamaqda ittiham etməsindən sonra Hindistana qarşı hərbi əməliyyata başladığını və Hindistana cavab zərbələri endirdiyini bildirib.