Həsən Ruhani - ABŞ "nüvə razılaşmasını" tərk etsə, peşman olacaq
Həsən Ruhani - ABŞ "nüvə razılaşmasını" tərk etsə, peşman olacaq

ABŞ “nüvə razılaşmasını” tərk etsə, peşman olacaq, – bu barədə İran prezidenti, Həsən Ruhani televiziya nitqi zamanı bəyan etdi.

Onun dediyinə görə, İran, Trampın istənilən qərarına cavab verməyə hazırdır.

“Bizim hazırlıqlı planımız var, Trampın istənilən qərarına cavab verəcəyik. ABŞ nüvə razılaşmasını tərk etsə, heç bir zaman olmadığı kimi, peşman olacaq. Bu tarixi peşmançılıq olacaq”, – İran prezidenti bəyan etdi.

Ruhaninin dediyinə görə, o, artıq İran Atom Agentliyinə müvafiq göstərişlər verdi.

Xatırladaq ki, İran ilə nüvə razılaşması 2015-ci ildə imzalandı. ABŞ prezidenti müqavilənin yenidən baxılmasını tələb edir. Əks təqdirdə ABŞ-ın müqavilədən çıxması ilə hədələyir.