Həsən Nəsrullah – Liderimizin qətlə yetirilməsindən sonra “Hizbullah” İsrailə cavab verməyə borcludur, cavabımız güclü və təsirli olacaq, döyüş meydanında görüşməzdən əvvəl bizi bir neçə gün və bir neçə gecə ayırır

22:52, 06.08.2024
Hezbollah leader Sayyed Hassan Nasrallah delivers his first address since the October conflict between Palestinian group Hamas and Israel, from an unspecified location in Lebanon, in this screenshot taken from video obtained November 3, 2023. Al-Manar via REUTERS THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES

“Hizbullah”ın lideri Həsən Nəsrullah İsrail tərəfdən hücuma cavabın “güclü və təsirli” olacağını bildirir. O, bu haqda bəyanatı “Hizbullah” qruplaşmasının hərbi komandiri Fuad Şukrinin Beyrutda qətlə yetirilməsindən bir həftə keçməsinə həsr olunmuş televiziya müraciəti zamanı verib.

Nəsrullah, cavab hücumunun vaxtını “Hizbullah”ın özünün seçəcəyini bildirib.

“Liderimizin qətlə yetirilməsindən sonra “Hizbullah” cavab verməyə borcludur və İran da cavab verəcək, “Hizbullah” da cavab verəcək. Düşmən gözləyəndə, izləyəndə və istənilən reaksiyanın cavab olduğunu düşünəndə, bu, özlüyündə cavabdır. Livanda biz xalq və ölkənin qayğısına qalırıq. Ölkəmizin təhlükəsizliyinin və infrastrukturunun qayğısına qalırıq, çox insanın xəsarət almamasının qayğısına qalırıq. Biz bu yükü daşıyırıq. Lakin, nə Livanda, nə də onun hüdudlarından kənarda heç kimdən bir həftə əvvəl baş vermiş təcavüzün öhdəsindən gəlinməsini tələb edə bilmərik. Cavabımız güclü və təsirli olacaq. Döyüş meydanında görüşməzdən əvvəl bizi və onları yalnız bir neçə gün və bir neçə gecə ayırır” – “Hizbullah”ın lideri bildirib.

Oxşar