Hərbi xidmətə yeni çağırılanların təntənəli andiçmə mərasimi ilə əlaqədar Nokalakevi Muzey-Qoruğunun ərazisi mayın 25-də və 26-da ziyarətçilər üçün bağlı olacaq
Hərbi xidmətə yeni çağırılanların təntənəli andiçmə mərasimi ilə əlaqədar Nokalakevi Muzey-Qoruğunun ərazisi mayın 25-də və 26-da ziyarətçilər üçün bağlı olacaq

Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin məlumatına görə, Nokalakevi Muzey-Qoruğunun ərazisi mayın 25-də və 26-da ziyarətçilər üçün bağlı olacaq, çünki hərbi xidmətə yeni çağırılanların təntənəli andiçmə mərasimi keçiriləcək.

“Məlumat üçün bildirək ki, Gürcüstanın Müstəqillik Günündə, 26 may tarixində, Parmen Zakaria adına Nokalakevi Memarlıq-Arxeoloji Muzey-Qoruğunda hərbi xidmətə yeni çağırılanların andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.

Qeyd olunan tədbirin maneəsiz keçirilməsi məqsədilə muzey-qoruq 25 və 26 may 2025-ci il tarixlərində ziyarətçilər üçün bağlı olacaq.

Muzey 27 may tarixindən etibarən fəaliyyətini adi rejimdə bərpa edəcək. Xahiş edirik, yuxarıda təqdim olunan məlumatı nəzərə alasınız”, – agentlikdə bildirirlər.