Milli Hərbi Xidmətə könüllü şəkildə qeydiyyatdan keçmiş çağırışçıların ailələrinə təşəkkür məktubları təqdim olunub
Milli Hərbi Xidmətə könüllü şəkildə qeydiyyatdan keçmiş çağırışçıların ailələrinə təşəkkür məktubları təqdim olunub

Hərbi Xidmətə Çağırış və Çağırış üzrə Milli Agentliyin nümayəndələri ölkə miqyasında Milli Hərbi Xidmətə könüllü şəkildə qeydiyyatdan keçmiş çağırışçıların ailələrini ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, hərbçilər çağırışçıların valideynlərinə Müdafiə Nazirliyindən təşəkkür məktubları təqdim ediblər.

“Hazırda məktublar, övladları Milli Hərbi Xidmətə 8 ay müddətinə könüllü şəkildə xidmət edən ailələrə təqdim olunub.

Yeni Müdafiə Məcəlləsinə əsasən, 2025-ci ildən çağırışçılar milli hərbi xidmətini yalnız Müdafiə Qüvvələrinin tərkibində keçə biləcəklər. Vətəndaşların altı, səkkiz və ya 11 ay müddətinə hərbi xidmət keçmək imkanı var. Yeni Müdafiə Məcəlləsi mindikdən bu günə qədər bölmələrə qəbul olunanların əksəriyyəti könüllü qeydiyyatdan keçmiş çağırışçılardır. Milli Hərbi Xidmətə könüllü şəkildə qeydiyyatdan keçən gənclər üçün əməkhaqqı 30%-lik əlavə ilə nəzərdə tutulub”, – nazirliyin məlumatında qeyd olunub.