"HƏMAS" - Biz İranın beynəlxalq normalara uyğun olaraq təcavüzə hər cür cavab vermək hüququnu təsdiqləyirik, lakin iranlı qardaşlarımızı qonşu ölkələrə zərbə endirməkdən çəkinməyə çağırırıq
“HƏMAS” İrana Körfəz ölkələrinə qarşı raket və dronlardan istifadə etməməyə çağırış edib.
“İran İslam Respublikasının beynəlxalq norma və qanunlara uyğun olaraq bütün mövcud vasitələrlə təcavüzə cavab vermək hüququnu bir daha təsdiqləyərək, hərəkat iranlı qardaşları qonşu ölkələrə hücumlardan çəkinməyə çağırır”, – “HƏMAS”ın bəyanatında deyilib.
Qəzza zolağında İsrailə qarşı iki ildir müharibə aparan “HƏMAS” beynəlxalq ictimaiyyəti Fars körfəzində hərbi əməliyyatların dərhal dayandırılmasına nail olmağa çağırıb.
İranda bildirirlər ki, hücumlar Fars Körfəzi ölkələrinin ərazisində yerləşən Amerika obyektlərinə yönəlib, qonşu dövlətlərinə qarşı deyil, lakin, mülki infrastruktur da hədəfə alınıb.