Helsinki Komissiyası - Biz gürcü xalqının öz demokratiyasını qorumaq və Avro-Atlantik inteqrasiyaya doğru seçdiyi yolu davam etdirmək üçün səyini dəstəkləməyə davam etməliyik
Helsinki Komissiyası - Biz gürcü xalqının öz demokratiyasını qorumaq və Avro-Atlantik inteqrasiyaya doğru seçdiyi yolu davam etdirmək üçün səyini dəstəkləməyə davam etməliyik

Biz gürcü xalqının öz demokratiyasını qorumaq səyini dəstəkləməyə davam etməliyik, – bu barədə ABŞ-ın Helsinki Komissiyasının yaydığı bəyanatda deyilib.

Bəyanatda qeyd edildiyi kimi, Helsinki Komissiyasının üzvləri tərəfindən təqdim edilən ikipariyalı “Dostluq aktı” qanun layihəsi yekun səsverməni gözləyir.

May ayında ABŞ və gürcü xalqı arasında dostluğu tanıyan Helsinki Komissiyasının üzvləri Gürcüstanda demokratiya, insan haqları və qanunun aliliyini gücləndirmək üçün ikipartiyalı qanun layihəsi olan “Dostluq Aktı”nı təqdim etdilər. “Qanun layihəsi Palatanın yekun səsverməsini gözlədiyi halda, biz gürcü xalqının öz demokratiyasını qorumağa və Avro-Atlantik inteqrasiyaya doğru seçilmiş yolu səyini dəstəkləməyə davam etməliyik”, – bəyanatda qeyd olunub.