Gürcüstanın silahlı qüvvələrinin IV mexanizasiyalı briqadasının 41-ci batalyonunun təşəbbüsü ilə, Rustavi şəhərində, ölkənin ərazi bütövlüyü üçün və beynəlxalq missiyalarda həlak olan gürcü əsgərlərinin xatirələrini yad etmək üçün qaçış marafonu keçirildi.
Müdafiyə Nazirliyinin məlumatına görə, marafonda 41-ci batalyonun, xüsusi əməliyyatlar qüvvəsinin, beşinci artileriya briqadasının, mühəndis batalyonu və serjantların hazırlanması akademiyasının xidmətçiləri iştirak etdilər.
Altı kilometrlik marafonada 200-dən artıq əsgər iştirak edirdi.
Marafonda qalib gələnləri dördüncü mexanizasiyalı briqadanın başçısı, polkovnik Vepxvia Çalabaşvili, 41-ci batalyonun rəhbəri, vitse-polkovnik Muxran Caparidze və Rustavi şəhərinin meri İrakli Tabağua medallarla mükafatlandırdılar.
Həlak olan əsgərləri yad etmək üçün belə bir marafon artıq üçüncü dəfə keçirilir.