Həkimlərin məlumatına görə, dəniz hospitalından narkotik maddələrin itməsində şübhəli tibb bacısıdır
Batumi dəniz hospitalından bir neçə min ampula narkotik maddələrin itməsində şübhəli şəxs tibb bacısıdır.
Hospitalın həkimləri baş verən hadisə ilə bağlı detallı məlumat verməkdən baş qaçırdırlar.
Tibb müəssisəsinin vəkili Paata Bolkvadze isə, bəyan edir ki, klinikada preparatların saxlandığı otaq üzrə məsuliyət bir şəxsə tapşırılmışdı.
Xatırladaq ki, Acaranın İctimai Yayımçısının məlumatına görə, Batumidə, “Med-emercensi” şirkətinin idarəsi altında olan dəniz hospitalının stasiyonarından bir neçə min ampula narkotik maddə itib.
Acaranın İctimai Yayımçısının məlumatına görə, istintaq başlayandan sonra, xəstəxananın iki əməkdaşı iş yerinə gəlməyib, xəstəxananın anbarından isə, 6000 ampula narkotik maddə itib.
Cərrahiyə Departamentini rəhbəri və klinikanın meneceri bəyan etdilər ki, xəstəxanadan narkotik maddələrinin itməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi istintaq aparır.