Həkim - Anakliadan gətirilən gəncdə naməlum substansiyadan intoksikasiya müşahidə olunurdu
Həkim - Anakliadan gətirilən gəncdə naməlum substansiyadan intoksikasiya müşahidə olunurdu

Zuqdidi Referal Xəstəxanasına Anaklia sahilində keçirilən musiqi festivalından gətirilən gənclərin birində naməlum substansiyadan intoksiya müşahidə olunurdu.

Bu barədə məlumatı Birinci Kanala xəstəxananın direktoru Sulxan Orjonia verdi.

Onun dediyinə görə, Anaklia festivalından Fövqəladə Halların İdarə Xidmətinin əməkdaşları iki gənci gətirdilər. Gənc adam xəstəxanaya gətirilən zaman artıq həyatını itirmişdi. Qız isə, xəstəxanadan evinə aparıldı.

Xəstəxanaya gətirilən üçüncü gəncə gəlincə isə, onu klinikaya 112-nin qrupu gətirdi, ancaq, o da xəstəxanadan tez buraxıldı.

Daxili İşlər Nazirliyinin Birinci Kanala verdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır.

Xatırladaq ki, Anakaliada musiqi festivalı ECHOWAVES dünən başladı.