Heç vaxt elə bir vəziyyət olmayacaq ki, Kiyev və ya Brüssel macarlara suverenliyə dair öz qanuni hüquqlarından necə istifadə edəcəklərini diktə etsinlər
Zelenski Macarıstanda Ukraynaya dost bir hökumət istəyir, lakin bu baş verməyəcək, – bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaçin məlumatına görə, Orban bu barədə parlamentin iclasında bildirib.
Macarıstanın baş nazirinin dediyinə görə, Ukrayna Brüssellə “Avropa İttifaqına üzv olmağı sürətləndirmək” barədə razılığa gəlib və indi Macarıstanın bunu müsbət qarşılayacağını gözləyir.
“Zelenski Macarıstanda Ukraynaya dost bir hökumət görmək istəyir. Brüsselin agentləri olanlar həmçinin Zelenskinin dostlarıdır”, – Orban qeyd edib.
Onun dediyinə görə, bu gözləntilər özünü doğrultmayacaq.
Ukraynanın Avropa Birliyinə daxil olmasının Macarıstanı iflasa uğratacağını qeyd edən Orban, “Heç vaxt elə bir vəziyyət olmayacaq ki, Kiyev və ya Brüssel macarlara suverenliyə dair öz qanuni hüquqlarından necə istifadə edəcəklərini diktə etsinlər”, – Orban bildirib və qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olması Macarıstanın iflasına səbəb olacaq.
Bununla yanaşı, Orban macarları səsvermə yolu ilə Ukraynanın üzvlüyü ilə bağlı fikirlərini ifadə etməyə çağırıb.
Xatırladaq ki, Macarıstanın xarici işlər naziri Piter Siyarto bildirib ki, Zelenski “hər bir macarın Ukraynanın Avropa İttifaqına sürətlə üzv olması məsələsində öz fikrini bildirmək hüququna malik olması fikri ilə barışmalıdır”.