Hazırda Xarici təsirin şəfaflığı reyestrində qeydiyyatdan keçmək üçün 476 ərizə daxil olub
Hazırda Xarici təsirin şəfaflığı reyestrində qeydiyyatdan keçmək üçün 476 ərizə daxil olub

Gürcüstan Ədliyyə nazirinin müavini Tamar Tğeşelaşvilinin bildirdiyinə görə, xarici təsirin şəfaflığı reyestrində,
Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçmək üçün hazırda 476 ərizə daxil olub.

“Hələlik 476 müraciətçi müvafiq reyestrdə qeydiyyatdan keçmək üçün Dövlət Reyestrinin Milli Agentliyinə müraciət edib. Biz bütün müraciət edənlərlə əməkdaşlıq edirik, onların qeyd olunan reyestrdə qeydiyyatdan keçmələri üçün heç bir maneə ilə üzləşməmələri üçün əlimizdən gələni edirik. Onu da qeyd etmək lazımdır ki, sözügedən reyestr hazırlanır və bütün gğstərici qanunvericiliyin tələblərinin tam mühafizəsi ilə yoxlanılır”, – deyə Tamar Tğeşelaşvili bildirib.