Hava Limanları İttifaqı – Riqaya subsidiyalaşdırılmış reyslə yalnız uçuşdan əvvəl oyuna giriş bileti təqdim edən sərnişinlər uça biləcəklər
Hava Limanları İttifaqı – Riqaya subsidiyalaşdırılmış reyslə yalnız uçuşdan əvvəl oyuna giriş bileti təqdim edən sərnişinlər uça biləcəklər

Riqaya subsidiyalı reyslə yalnız uçuşdan əvvəl oyuna giriş bileti təqdim edən sərnişinlər uça biləcəklər, – bu barədə Gürcüstanın Hava Limanları İttifaqı məlumat yayır.

İttifaqın məlumatına görə, subsidiyalaşdırılmış reyslər 7 və 8 sentyabr tarixlərində həyata yetiriləcək.

“Gürcüstan Hava Limanları İttifaqı tərəfindən subsidiyalaşdırılmış reys 7 sentyabr səhər saat 07:00-da Tbilisi Beynəlxalq Hava Limanından Riqaya həyata keçiriləcək və azarkeşlər 8 sentyabrda Gürcüstana geri qaytarılacaq.

Subsidiyalaşdırılmış reys Gürcüstan və Fransa milli basketbol komandalarının oyununa uyğunlaşdırılıb, oyun 7 sentyabrda, Tbilisi vaxtı ilə saat 16:15-də keçiriləcək.

Latviya paytaxtına subsidiyalaşdırılmış reyslə yalnız Tbilisi Beynəlxalq Hava Limanında AvroBasket 2025-in keçiriləcək oyununa bileti təqdim edə bilən sərnişinlər uça biləcəklər.

Gürcüstan Hava Limanları İttifaqı tərəfindən subsidiyalaşdırılmış tək tərəfli uçuş biletlərinin qiyməti 195 avrodur. Subsidiyalaşdırılmış biletləri Gürcüstan millisinin azarkeşləri saat 15:00-dan etibarən tkt.ge onlayn platformasından əldə edə biləcəklər”, – Gürcüstan Hava Limanları İttifaqının yaydığı məlumatda deyilib.