Hamburqda bıçaqla silahlanmış şəxs vətəndaşlara hücum edərək 12 nəfəri yaralayıb
Hamburqda bıçaqla silahlanmış şəxs vətəndaşlara hücum edərək 12 nəfəri yaralayıb

Almaniyanın Hamburq şəhərində bıçaqla silahlanmış şəxs vətəndaşlara hücum edərək 12 nəfəri yaralayıb.

Almaniya mediasının məlumatına görə, insident Hamburq dəmiryolu vağzalında baş verib.

Polis hücumla bağlı bir qadını saxlayıb.

Hamburq vağzalında dəmiryolu hərəkəti tamamilə dayandırılıb.

Almaniya mediasının məlumatına görə, yaralılardan üçünün vəziyyəti kritik vəziyyətdədir, daha üç nəfərin vəziyyəti ağırdır, altı nəfər isə yüngül xəsarət alıb. Hücumun motivi hələlik məlum deyil.