Hakerlər Berlin Senatının məxfi məlumatlarını “darknet”də yerləşdiriblər
“Rhysida” haker qruplaşması Berlin Senatının məxfi məlumatlarını “darknet”də yerləşdirib.
Söhbət “Rhysida”nın kibertəhdiddən sonra yayımlayacağı ilə hədələdiyi təxminən altı terabayt həcmində sənədlərdən gedir. Haker qruplaşması hökumətdən sentyabrın 4-nə qədər 30 bitkoin (iki milyon avroyadək) məbləğində fidyə tələb edirdi. Lakin Berlin Senatında cinayətkarlarla heç bir güzəştə getmək niyyətində olmadıqlarını bəyan ediblər.
Hazırda təxminən 1,4 milyon fayl ictimaiyyət üçün əlçatandır.
“Der Spiegel” nəşrinin məlumatına görə, bu sənədlər arasında 80 000-ə yaxın inzibati xəta və 46 500-ə qədər müqavilə, həmçinin kritik infrastruktur obyektləri haqqında məlumatlar, məhkəmə sənədləri, fövqəladə hallar zamanı fəaliyyət planı və kod sözləri var.