Hakan Fidan - Görürük ki, İsrail İrandan sonra Türkiyənin yeni düşməni kimi ortaya çıxmağa çalışa bilər, çünki o, düşmən olmadan mövcudluğunu davam etdirə bilmir
Hakan Fidan - Görürük ki, İsrail İrandan sonra Türkiyənin yeni düşməni kimi ortaya çıxmağa çalışa bilər, çünki o, düşmən olmadan mövcudluğunu davam etdirə bilmir

Görürük ki, İsrail İrandan sonra Türkiyənin yeni düşməni kimi ortaya çıxmağa çalışa bilər, çünki o, düşmən olmadan mövcudluğunu davam etdirə bilmir, – bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Suriyadakı İsrail hücumlarından danışan Fidan qeyd edib ki, Türkiyə Suriyada ciddi problemli bir ərazi görür və bu, Ankara üçün böyük risk təşkil edir.

“İranda davam edən müharibə səbəbindən müəyyən tədbirlər görmür (Suriyaya qarşı), amma bu, onun bunu etməyəcəyi anlamına gəlmir. Vaxtı gələndə bunu etmək istəyəcək”, – Hakan Fidan deyib.

Türkiyənin xarici işlər naziri həmçinin Yunanıstan, Kipr və İsrailin iştirak etdiyi regional əməkdaşlıq formatlarını tənqid edərək, onların gərginliyi azaltmaq əvəzinə, daha da artırdığını bildirib.