Hakan Fidan - Biz hər iki tərəfin, Rusiya və Ukraynanın müəyyən kompromislərə getməsini, ikitərəfli sülhə doğru addım atmasını təmin etməliyik
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna və Rusiyanı sülhə nail olmaq üçün kompromislərə getməyə çağırır. Fidan bu barədə Antalyada NATO-nun nazirlər görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Fidanın dediyinə görə, vasitəçilər danışıqlarda böyük rol oynayırlar.
“Məqsəd sülhə nail olmaq olduğu üçün hər iki tərəfin müəyyən kompromislərə getməsini, qarşılıqlı sülhün bərqərar olması istiqamətində addım atmasını təmin etməliyik. Düzünü desəm, burada vasitəçilərin çox mühüm rol oynayırlar. Biz əvvəldən etdiyimiz kimi bu məsələdə də hər cür dəstəyi verməyə davam edəcəyik”, – deyə Hakan Fidan bildirib.
Türkiyənin xarici işlər naziri həmçinin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar məsələsi ilə bağlı intensiv diplomatik səy həyata keçirlirilir, danışıqlar bir çox tərəflər arasında həm üz-üzə, həm də telefonla aparılır.
“Ukraynada atəşkəsə nail olmaq üçün Ankara, Antalya və İstanbulda bu intensiv diplomatiya həyata keçirlir. Ümid edirik ki, bu, nəticə verəcək”, – Fidan qeyd edib.