Hakan Fidan bildirir ki, Rusiya Ukraynanın nəzarətində olan Donbasın qalan hissəsini alacağı təqdirdə Xerson və Zaporojye vilayətlərində cəbhə xəttində dayanmağa hazırdır
Türkiyənin xarici işlər naziri Hakan Fidanın bildirdiyinə görə, Rusiya Ukraynanın nəzarətində olan Donbasın qalan hissəsini qəbul edəcəyi təqdirdə Xerson və Zaporojya vilayətlərində cəbhə xəttində dayanmağa hazırdır.
Bu barədə Hakan Fidan “Haberler”ə müsahibəsində danışıb.
“Hazırda Donetsk vilayətinin qalan 25-30%-nin onlara verilməsi, Zaporojye və Xersonun təmas xəttləri sərhədləri daxilində saxlanılması barədə ilkin razılıq var”, – deyə nəşr Fidandan sitat gətirir.
Kreml bu məsələ ilə bağlı şərh verməyib.