Hakan Fidan - ABŞ–İran danışıqları böyük ölçüdə başa çatıb
Hakan Fidan - ABŞ–İran danışıqları böyük ölçüdə başa çatıb

Türkiyə xarici işlər nazirinin bildirdiyinə görə, ABŞ-İran danışıqlarının “böyük ölçüdə” başa çatıb.

“Reuters” agentliyinin məlumatına görə, Hakan Fidan Antalyada diplomatik forum çərçivəsində jurnalistlərə bildirib ki, hər iki ölkənin danışıqları davam etdirmək istəyi var.

Onun sözlərinə görə, irəliləyişə baxmayaraq, hələ də bir sıra fikir ayrılıqları mövcuddur.

“Reuters” agentliyinin yazdığına görə, Türkiyə həm ABŞ, həm də İranla diplomatik münasibətləri qoruyub saxlayır, lakin, Pakistan son danışıqlarda əsas vasitəçi olub.