Hadas Meitzadi - Bizə dəstək olan və İsrailin özünü daimi və real təhlükədən müdafiə etmək hüququna malik olduğunu qəbul edənlərə təşəkkür edirik, vətəndaşlarımızı qorumağa davam edəcəyik
Hadas Meitzadi - Bizə dəstək olan və İsrailin özünü daimi və real təhlükədən müdafiə etmək hüququna malik olduğunu qəbul edənlərə təşəkkür edirik, vətəndaşlarımızı qorumağa davam edəcəyik

Bizə dəstək olan və İsrailin özünü daimi və real təhlükədən müdafiə etmək hüququna malik olduğunu qəbul edənlərə səmimi qəlbdən təşəkkür edirik. Biz vətəndaşlarımızı qorumağa davam edəcəyik, – bu barədə İsrailin Gürcüstandakı səfiri Hadas Meitzadi sosial şəbəkədə yazıb.

Onun dediyinə görə, qlobal terrorizmin əsas ixracatçısının nüvə potensialına malik olmadığı dünya hamı üçün daha təhlükəsizdir.

“Tehran rejiminin kütləvi şəkildə atdığı raketlər səbəbindən milyonlarla israilli bütün gecəni sığınacaqlarda keçirdi və bu hücumlar hələ də davam edir. Təəssüf ki, qəsdən İsrail mülki əhalisinə qarşı yönəldilmiş bu hücum insan tələfatı və yaralılarla nəticələnib. İsrail İranın nüvə infrastrukturuna qarşı hərəkətə keçib, o cümlədən bu təhlükəli infrastrukturun inkişafında iştirak edən hərbi şəxslərə qarşı. Əməliyyatdan əvvəl son aylar ərzində baş verən narahatedici hadisələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatında əks olunub və İranın nüvə proqramının sürətlənməsinə işarə edir”, – İsrailin Gürcüstandakı səfiri bildirir.

Hadas Meitzadın bildirdiyinə görə, Tehran rejimi İsrail dövlətinə və azad dünya ölkələrinə zərər vurmaq məqsədini nə sözlə, nə də əməldə gizlətmir.

“Tehran rejimi İsrail dövlətinə və azad dünyanın digər ölkələrinə zərər vermək niyyətini nə sözdə, nə də əməldə gizlətmir. Dünya, beynəlxalq terrorizmin əsas ixracatçısının hərbi nüvə potensialına malik olmadığı halda, hər kəs üçün daha təhlükəsizdir. Bizə dəstək olan və İsrailin özünü daimi və real təhlükədən müdafiə etmək hüququna malik olduğunu qəbul edənlərə səmimi qəlbdən təşəkkür edirik. Biz vətəndaşlarımızı qorumağa davam edəcəyik”, – Hadas Meitzadi bildirib.