Haaqa Dairə Məhkəməsi Malayziyaya məxsus “Boeing”in özünü elan etmiş Donetsk Respublikasının qüvvələrinin nəzarətində olan ərazidən vurulmasını müəyyən edib

18:30, 17.11.2022

 

Haaqa Dairə Məhkəməsi 2014-cü ilin iyulunda Donetsk vilayətində “Malayzia Hava Yollarına məxsus sərnişin “Boeingi”nin qəzası işi” üzrə qərarını elan edib.

Məhkəmə MH-17 reysi ilə uçan təyyarənin Snejnoye şəhəri yaxınlığındakı Perovomaisk rayonundan buraxılan “Buk” tipli raketlə vurulduğunu müəyyən edib.

Təyyarənin vurulduğu zaman sözügedən ərazi özünü elan etmiş “Donetsk Xalq Respublikası” qüvvələrinin nəzarəti altında olub.

Məhkəmə hesab edir ki, Rusiya təyyarə qəzası anında separatçı Donetsk Xalq Respublikasının liderləri və tərəfdarları üzərində effektiv nəzarəti həyata keçirib.

Məhkəmə hesab edir ki, Rusiya 2014-cü ilin may ayından qondarma Donetsk Xalq Respublikasının hərbçilərini hazırlayıb, silah və ərzaqla təmin edib, həmçinin separatçıların hərbi əməliyyatlarının koordinasiyasını həyata keçirib və Ukraynanın şərqində hərbi əməliyyatları özü aparıb.

2014-cü ilin iyulun 17-də göyərtəsində 298 nəfərin olduğu MH-17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan təyyarə vurulub. Sərnişinlər arasında 80 uşaq olub. Hollandiya və Avstraliya hökumətləri 2014-cü ildə Donetsk vilayətində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasında rəsmi olaraq Rusiyanı günahlandırıblar.

Oxşar