Haaqa Dairə Məhkəməsi “Malayziya Hava Yolları”na məxsus təyyarənin vurulması işi üzrə 3 nəfəri təqsirli bilib, təqsirləndirilən şəxslərdən birinə isə bəraət verib

19:26, 17.11.2022

 
Haaqa məhkəməsi iki Rusiya və bir Ukrayna vətəndaşını “Malayziya Hava Yolları”na məxsus təyyarənin vurulmasında təqsirli bilib.

Onların hər üçü barəsində qiyabi olaraq ömürlük həbs cəzası qərarı çıxarılıb. Belə ki, İqor Qirkin – Rusiya vətəndaşı, 2014-cü ilin yayında özünü elan etmiş Donetsk Xalq Respublikasının qondarma müdafiə naziri olub; İstefa vermiş rus hərbi kəşfiyyat zabiti Serqey Dubinski; 2014-cü ilin yayında qondarma Donetsk Xalq Respublikasının hərbi kəşfiyyat bölməsinə rəhbərlik edən Ukrayna vətəndaşı Leonid Xarçenko.

Məhkəmə etiraf edib ki, hər üç şəxs “Buk”un marşrutunun təşkili, daşınması və qorunmasında vacib rol oynayıb. Məhkəmə Qirkin, Dubinski və Xarçenkonun birgə hərəkətlərinin 298 nəfərin ölümünə səbəb olmasını müəyyən edib. Həmçinin, məhkəmə hər üç məhkumun üzərinə mərhumların ailələrinə təzminat olaraq 16 milyon avro ödəmək öhdəliyi qoyub.

Bununla yanaşı, məhkəmə təqsirləndirilənlərdən heç birinin raketin buraxılışında şəxsən iştirak etmədiyi barədə istintaqın vardığı nəticə ilə razılaşıb. İş üzrə təqsirləndirilən daha bir Rusiya vətəndaşı Oleq Pulatova bəraət verilib.

2014-cü ilin iyulun 17-də göyərtəsində 298 nəfərin olduğu MH-17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan təyyarə vurulub. Sərnişinlər arasında 80 uşaq olub. Hollandiya və Avstraliya hökumətləri 2014-cü ildə Donetsk vilayətində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasında rəsmi olaraq Rusiyanı günahlandırıblar.

Oxşar