“HƏMAS" İsrailə daha bir girovun cəsədini təhvil verib, Qəzzada üç girovun cəsədi qalır
“HƏMAS” İsrailə daha bir girovun cəsədini təhvil verib.
İsrailin baş naziri Benyamin Netanyahu administrasiyasının məlumatına görə, qruplaşma Menni Qodarın cəsədini İsrailə “Qırmızı Xaç”ın vasitəçiliyi ilə təhvil verib.
Reuters-in məlumatına görə, Qəzza yaxınlığındakı kibbutzda yaşayan 73 yaşlı Qodar 2023-cü il oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücumu nəticəsində öldürülüb, onun cəsədi isə Qəzzaya aparılıb.
İsrail hakimiyyətinin bildirdiyinə görə, Qəzzada daha üç girovun nəşi qalır.