Fələstinin ekstremist hərəkatı “HƏMAS” amerikalı girov Edan Aleksandrı azad etdiyini bildirir. Qruplaşmada hərtərəfli və davamlı atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlara hazır olduğunu bildirirlər.
“HƏMAS” nümayəndələrinin söylədiyinə görə, girovun azad edilməsi amerikan tərəfi ilə aparılan mühüm danışıqların nəticəsi baş tutub.
Bununla yanşı “Qırmızı Xaç” Edan Aleksandrın azad edildiyini təsdiqləyib.
21 yaşlı Edan Alekandr ABŞ və İsrail vətəndaşıdır. O, Təl-Əvivdə anadan olub, lakin Nyu Cersidə böyüyüb. Oktyabrın 7-də “HƏMAS” döyüşçüləri tərəfindən girov götürülən Aleksandr Qəzza zolağının sərhəddindəki elit hərbi hissədə xidmət edirdi.
Oktyabrın 7-də girov götürülən 251 nəfərdən 58-i, həmçinin, daha əvvəl saxlanılan bir nəfər “HƏMAS”ın əsirliyində qalır. Onlardan 24-nün sağ olduğu güman edilir.