Güzəştli sərnişin kartlarının qeyri-qanuni istifadəsinə nəzarət sərtləşdirilir
Güzəştli sərnişin kartlarının qeyri-qanuni istifadəsinə nəzarət sərtləşdirilir

Tbilisi meriyasının təşəbbüsü ilə, 2018-ci ilin aprelin 13-də, Tbilisi munisipalitetinin icra hakimiyyətinin N6-25 qətnaməsinə, munisipal nəqliyyat vasitəsi ilə güzəştli tariflərlə istifadə etmək qaydalarına dəyişikliklər daxil edildi.

Paytaxt meriyasının məlumatına görə, dəyişikliklərə güzəştli sərnişin kartlarının qeyri-qanuni şəkildə istifadəsi səbəb oldu.

Yeni dəyişikliklərə əsasən, güzəştli kartlardan qeyri-qanuni şəkildə istifadə edən şəxslər Tbilisi meriyası tərəfindən cərimələnəcəklər və kartları altı ay müddəti ilə bloklanacaq.

Meriyada bəyan edirlər ki, cərimələndirmənin şikayət edilməsindən sonra, qanunvericiliklə müəyyən edilən qaydaya əsasən, vətəndaşın cərimələndirməsi faktı ləğv edilsə, kart sahibi meriyanın müvafiq strukturlarına bəyanatla müraciət edərək, kartının blokdan açılmasını tələb edə bilər və dörd iş günü ərzində kartı bərpa olunacaq.