İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Gürcüstanın Quru Nəqliyyat Agentliyinin rəhbəri vəzifəsinə Bakur Mikadzeni təqdim edib.
Nazirin bildirdiyinə görə, ölkənin nəqliyyat potensialının daha da inkişaf etdirilməsi istiqamətində quru nəqliyyatı agentliyi mühüm funksiyaya malikdir.
“Gürcüstan regional tranzit marşrutlarının kəsişməsindədir və stabil və təhlükəsiz yükdaşıma xidməti üçün yaxşı işləyən infrastruktur və effektiv idarəetmə sistemləri lazımdır. Nəqliyyat bazarının düzgün işləməsi orta dəhlizdə daha çox yükün cəlb olunmasını təmin edir ki, bu da həm ölkənin iqtisadi dayanıqlığına, həm də sektordan əldə edilən gəlirlərə müsbət təsir göstərəcək”, – Mariam Kvrivişvili bildirib.
Nazir quru nəqliyyatı sahəsində davam edən proseslərin daha şəffaf olmasına və qurumun səmərəli idarə olunmasına xüsusi diqqət yetirib. O, Quru Nəqliyyatı Agentliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzuladyıb.
Quru Nəqliyyatı Agentliyinin yeni rəhbərinin dövlət sektorunda rəhbər vəzifələrdə işləmək üzrə böyük təcrübəsi var. Bundan başqa, o, Biznes və Texnologiyalar Universitetində dosent və Gürcüstan Texniki Universitetində assistent-professordur. Bakur Mikadze hüquq və beynəlxalq münasibətlər üzrə doktor elmi dərəcəsinə malikdir, həmçinin hüquqşünaslıq üzrə magistr dərəcəsinə malikdir.
Agentliyin yeni direktorunun təqdimatında İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Quram Quramişvili iştirak edirdi.