Gürcüstanın Xarici İşlər Nazirliyi - Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşması regionda davamlı sülh və sabitliyə doğru atılan tarixi addımdır
Gürcüstanın Xarici İşlər Nazirliyi - Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşması regionda davamlı sülh və sabitliyə doğru atılan tarixi addımdır

Gürcüstanın Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yekunlaşmasına münasibət bildirir.

XİN X sosial şəbəkəsində yazır ki, danışıqların yekunlaşması regionda davamlı sülh və sabitliyə doğru atılan tarixi addımdır.

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin bütün on yeddi maddəsi üzrə danışıqların yekunlaşmasını təqdir edir. Bu, regionda davamlı sülh və sabitliyə doğru atılan tarixi addımdır!” – Xarici İşlər Nazirliyi sosial şəbəkədə yazır.

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri martın 13-də sülh danışıqlarının başa çatdığını rəsmi olaraq elan ediblər.