Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 48-ci raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 48-ci raundu ilə bağlı bəyanat yayır.
“Cenevrə Beynəlxalq Danışıqlarının 48-ci raundunun Gürcüstan iştirakçıları, etnik təmizlənmə nəticəsində, Abxaziya və Sxinvali regionlarından məcburi köçkünlərin öz evlərinə qaytarılması məsələləri ilə bağlı müzakirə apardılar.
Ancaq, qeyd olunan məsələ ilə bağlı diskussiya zamanı, Moskvadan, Suxumidən və Sxinvalidən olan iştirakçılar danışıqlar masasını tərk etdilər və belə hərəkət onların bu önəmli mövzuya destruktiv və məsuliyyətsiz yanaşmasını yenə bir daha təsdiqlədi” – deyilir Xarici İşlər Nazirliyinin bəyanatında.
Nazirliyin məlumatına görə, danışıqlarda xüsusi diqqət Abxaziya regionunda keçid məntəqəsinin bağlanmasının ağır humanitar nəticələrinə yetirildi.
Həmsədrlər, həm-moderatorlar və ABŞ və Gürcüstan iştirakçıları Rusiya Federasiyasına müraciət etdilər ki, Abxaziya istiqamətində, işğal xəttindəki keçid məntəqəsi dərhal açılsın.