Xarici İşlər Nazirliyi İtaliyada olan Gürcüstan vətəndaşları üçün bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi İtaliya Respublikasında olan Gürcüstan vətəndaşları üçün bəyanat yayır.
Nazirliyin məlumatına görə, 2020-ci ilin martın 6-da Gürcüstan iqtidarı İtaliya Respublikası ilə birbaşa avia-uçuşların dayandırılması ilə bağlı qərar verdi.
“Yenə bir daha dəqiqləşdiririk ki, bu qərar İtaliyada yaşayan və yaxın zamanda Gürcüstana gəlməyi planlamayan vətəndaşlara aid deyil. İtaliyada yaşayan Gürcüstan vətəndaşları sadəcə olaraq, İtaliya iqtidarı tərəfindən hazırlanan protokola riayət etsinlər, higiena qaydalarını qorusunlar və kütlənin yığıldığı yerlərdən uzaq dursunlar.
İtaliyadan və Dünya Səhiyyə Təşkilatı tərəfindən, yüksək epidemiya riskini daşıyan ölkələr elan edilən digər ölkələrdən qayıdan Gürcüstan vətəndaşlarına isə, müraciət edirik ki, qayıdarkən, Gürcüstan höküməti tərəfindən hazırlanan prosedurları qorusunlar” – deyilir Nazirliyin bəyanatında.