Gürcüstanın səfiri Avstraliya Biznes Sammitinin iştirakçılarına ölkənin investisiya potensialını təqdim edib
Gürcüstanın Avstraliya Birliyindəki fövqəladə və səlahiyyətli səfiri Beka Dvali Sidneydə “Avstraliya Biznes Sammiti Şurası”nın (ABSC) illik iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstan səfiri Avstraliyanın aparıcı işgüzar dairələri və media nümayəndələrinə Gürcüstanın iqtisadi inkişaf tendensiyaları, investisiya və ticarət potensialı haqqında məlumat verib.
“Tədbirdə Gürcüstan səfirinin “Gürcüstan – Biznes İstehsal Mərkəzi/«Georgia – The Hub For Doing Business” adlı məqaləsinin yer aldığı “Avstraliya Biznes Sammiti Şurası”nın illik „Ekonomos“ jurnalının (https://www.absc.online/ekonomos-menu.php) 2025-ci ilin buraxılışının təqdimatı olub.
“Məqalədə Gürcüstanın xarici və iqtisadi siyasətinin prioritetləri, iqtisadiyyatın perspektivli sahələri, Avstraliya-Gürcüstan əlaqələri və gələcək planlar barədə söhbət gedir”, – məlumatda qeyd edilib.