Gürcüstanın Qaz Nəqliyyat Şirkəti təbii qazın oğurlanması faktı ilə bağlı bəyanat yayır
Gürcüstanın Qaz Nəqliyyat Şirkəti təbii qazın oğurlanması faktı ilə bağlı bəyanat yayır

2025-ci il sentyabrın 9-da Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın Qaz Nəqliyyat Şirkətini Qori bələdiyyəsinin Berbuki kəndində qeyri-peşəkar şəkildə qurulmuş avtomobillər üçün nəzərdə tutulmuş qanunsuz qazdoldurma məntəqəsinin fəaliyyəti barədə məlumatlandırıb. Bu barədə məlumatı Qaz Nəqliyyat Şirkəti yayır.

Qurumun məlumatına görə, şirkətin əməkdaşları daxil olan məlumata dərhal reaksiya veriblər.

“Magistral qaz kəmərinin Saquramo-Vağa hissəsində şəxsi heyət və xüsusi texnika səfərbər olundu və onlar “Sauri” MMC-nin ərazisindən təxminən 3 kilometr aralıda daha bir qanunsuz obyekt aşkar etdilər. Xüsusi ilə, qaz toplayıcı çənlər, təzyiq tənzimləyiciləri və yüksək təzyiqli borular aşkar edilib, hansı ki, qanunsuz qoşulma yolu ilə “Sauri” MMC-yə məxsus boru kəmərinə birləşdirilmişdi.

Həmçinin, aparılan axtarış-tədqiqat işləri zamanı Saquramo-Vağa hissəsində Qərbi Gürcüstanı qazla təmin edən 700 mm-lik magistral qaz kəmərinə daha bir qanunsuz qoşulma aşkar edilib.

Gürcüstanın Qaz Nəqliyyat Şirkəti öz mülkiyyətində olan magistral qaz kəmərinin infrastrukturunun yoxlanılması və istismar prosesinin monitorinqini davam etdirir ki, qanunsuz qoşulmalar və digər pozuntular vaxtında aşkar edilsin. Şirkət monitorinq nəticəsində aşkarlanan hər bir qanun pozuntusunun layiqli reaksiyasız qalmaması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir”, – şirkətin yaydığı məlumatda deyilir.