Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparanlar və işğal qurbanları olan vətəndaşların adına Tbilisidə park tikiləcək
Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparanlar və işğal qurbanları olan vətəndaşların adına Tbilisidə park tikiləcək

Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparanlar və işğal qurbanları olan vətəndaşların adına Tbilisidə park tikilməlidir, – bu barədə Tbilisi meri, Kaxa Kaladze öz feysbuk səhifəsində yazdı.

“Biz, Arçil Tatunaşvilinin ailəsi ilə birlikdə bu ağrıya həmşərik oluruq. Ümid edirəm ki, bu işğal rejiminin sonuncu qurbanı olacaq.

Sizinlə öz arzumla paylaşmaq istəyirəm və güman edirəm ki, mənimlə hər biriniz razılaşacaqsınız – Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparanlar və işğal qurbanları olan vətəndaşların adına Tbilisidə park tikilməlidir. Burada da memorial yerləşdiriləcək.

Biz, elə bu gün müvafiq yerin seçilməsinə başlayacağıq, memorialın layihəsinə isə müsabiqə elan edəcəyik.

Gürcüstan qəhramanlar ölkəsidir”, – Kaxa Kaladze yazır.